Qaqarindən xanımına kədər dolu sevgi məktubu - Ötən əsrdən qalan namə

23:00 | 25.07.2014
Qaqarindən xanımına kədər dolu sevgi məktubu - Ötən əsrdən qalan namə

Qaqarindən xanımına kədər dolu sevgi məktubu - Ötən əsrdən qalan namə

Kosmosa ilk uçan şəxs olan Yuri Qaqarin iki gün öncə həyat yoldaşı Valentinaya məktub yazır. O çox təhlükəli işi öz öhdəliyinə götürdüyünün fərqində idi. Həyat yoldaşı Valentina İvanovna isə bu məktubu 7 ildən sonra – həyat yoldaşının 1968-ci ilin 27 martında təyyarə qəzasında öləndən sonra oxuya bilir.Həmin məktubu təqdim edirik:“Salam, mənim əziz və sevimli Valeçka, Lenoçka və Qaloçkam. Bu gün mənə düşən sevinc və xoşbəxtliyi sizinlə bölüşmək üçün bir neçə sətir yazmaq qərarına gəldim. Bu gün hökumət komissiyası məni birinci olaraq kosmosa göndərmək qərarına gəlib. Bilirsən, əzizim, mən çox xoşbəxtəm. İstəyirəm ki, siz də mənim sevincimi bölüşəsiniz. Mənim kimi sadə insana belə böyük hökumət vəzifəsini etibar ediblər. Bundan başqa axı nə arzulamaq olar? Bu ki tarixdir, bu –yeni eradır.Bir gündən sonra işimə başlamalıyam. Siz isə o vaxt öz işlərinizlə məşğul olacaqsınız. Mənim çiyinlərimə çox böyük vəzifə düşüb. Uçmazdan əvvəl sizinlə vaxt keçirmək, səninlə söhbət etmək istəyərdim. Amma təəssüf ki, siz uzaqdasınız. Lakin buna baxmayaraq mən sizi hər zaman yanımda hiss eləmişəm.Texnikaya bütünlüklə inanıram. O məni yanılda bilməz. Lakin hərdən olur axı insan durduğu yerdə yıxılır və boynunu sındırır. Burada da nəsə baş verə bilər. Lakin hələ ki özüm buna inanmıram. Amma işdir birdən nəsə baş versə, ilk növbədə, səndən Valyuşa üzülməməyini xahiş edirəm. Axı həyatdır və heç kim bu həyatdan sığortalanmayıb. Xahiş edirəm, qızlarımızı qoru, onları mən sevdiyim kimi sev. Onları əsl insan kimi, yeni cəmiyyətə – kommunizmə layiq şəxslər kimi böyüt. Bu işdə sənə hökumət kömək edəcək. Öz şəxsi həyatını isə vicdanının səsinə qulaq asaraq bildiyin kimi qur. Sənə heç bir öhdəlik yükləmirəm, əslində, buna haqqım da çatmır. Nəsə çox faciəli məktub alınır. Heç özüm buna inana bilmirəm. Ümid edirəm ki, bu məktubu sən heç vaxt görməyəcəksən və mən bu ani zəifliyim üçün utanacam. Ancaq nəsə baş versə, sən hər şeyi sona qədər bilməlisən. Mən insanların xeyrinə, düzgün, vicdanla yaşayırdım. Hələ uşaq ikən Çkalovun sözlərini oxumuşdum: “Əgər olacaqsansa ,birinci ol”.Mən də buna əməl edirəm, axıracan da belə olacam. Mən bu uçuşumu daxil olacağımız yeni cəmiyyətimizə -  kommunizmə, bizim böyük Vətənimizə, elmimizə həsr etmək istəyirəm. Ümid edirəm bir neçə gündən sonra yenidən birlikdə və xoşbəxt olacağıq.Valeçka, xahiş edirəm, valideynlərimi də unutma. Əgər imkanın olsa, onlara kömək əlini uzadarsan. Məndən onlara salamımı çatdır. Qoy, onlar mənim kosmosa uçacağımla bağlı xəbərlərinin olmadığına görə məni bağışlasınlar.Və budur, deyəsən, artıq vaxtdır.  Sağ olun, mənim əzizlərim. Sizi bərk qucaqlıyır və öpürəm.Hörmətlə, sizin atanız Yura!10.04.1961Qaqarin”.(axar.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM