Qar yağacaq - hava xəbəri

12:57 | 21.02.2014
Qar yağacaq - hava xəbəri

Qar yağacaq - hava xəbəri

Bakı və Abşeron yarımadasında fevralın 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM