Qarabağ - Roma oyunu

21:50 | 27.09.2017
Qarabağ - Roma oyunu

Qarabağ - Roma oyunu

"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında ilk ev oyununu keçirir.

Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İtaliyanın "Roma" klubu ilə qarşılaşır.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

"Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxıblar.

Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdir.

Bu oyun Azərbaycan futbolu tarixində ən çox biletin satıldığı qarşılaşmadır. Oyunla əlaqədar 67 mindən çox bilet satılıb.

"C” qrupunun digər oyununda "Atletiko Madrid” klubu doğma meydanda "Çelsi” komandasını qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ” səfərdə "Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə "Çelsi”nin xeyrinə başa çatıb. "Roma” isə doğma meydanda "Atletiko Madrid” ilə heç-heçə edib – 0:0.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM