Qarabağ tarixi fənninin tədrisi başlayıb - VİDEO

12:50 | 06.11.2014
Qarabağ tarixi fənninin tədrisi başlayıb - VİDEO

Qarabağ tarixi fənninin tədrisi başlayıb - VİDEO

Ayrıca Qarabağ tarixi fənninin tədrisi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıbXVIII əsirdə İran və Türkiyədən Qarabağa köçürülən ermənilər XX əsrin sonlarında tarixi torbaqlarımız işğal etdilər. 20 ildən çoxdur bütün dünyaya sübut etmyə çalışırıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Bunun üçün də hər birimiz Qarabağın tarixini dərindən bilməli və təbliğ etməliyik.Bu məqsədlə də Təhsil Nazirliyinin qərarı ilə bu ildən etibarən orta məkətblərdə yeni bir fənn- Qarabağ tarixi fənni tədris olunmağa başlayıb. Lakin ayrıca Qarabağ tarixi fənninin tədrisi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bu fənnin tədrisini olduqca vacib addım kimi qiymətləndirirlər.Lakin tarixçi alim Yaqub Mahmudov tam başqa fikirdədir. Onun fikirincə ayrıca Qarabağ tarixinin tədrisinə ehtiyac yoxdur. Çünki , Azərbaycan tarixi dərsliyində Qarabağ tarixinə geniş yer verilib.Qeyd edək ki, bu fənn həftədə bir dəfə 8-11 siniflərə keçirilir. Fənnin tədrisi tarix müəllimlərinə həvalə olunub. Müəllim hər həftə bir mövzu seçir , seçilən mövzu Təhsil Nazirliyi və məktəb rəhbərliyi tərəfindən məqbul hesab olunarsa tədris olunur. //Anspress

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür