Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək - Nazir

14:27 | 05.07.2024
Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək - Nazir

Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək - Nazir

Qarabağ Universiteti Azərbaycanın elm və təhsil mərkəzinə çevriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev öz sosial hesabında paylaşım edərək bildirib.  
 
Nazir həmçinin universitetin görüntülərini təqdim edib. 
 
Bir müddət öncə Qarabağ Universitetinə yeni rektor təyin edilib. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM