Qarabağ Universitetində bu gündən dərslər başlayıb

10:16 | 23.09.2024
Qarabağ Universitetində bu gündən dərslər başlayıb

Qarabağ Universitetində bu gündən dərslər başlayıb

Qarabağ Universitetində tədrisə bu gündən start verilib. Bu barədə sosial şəbəkələrdə tələbələr videogörüntülər paylaşıb. 
 
Bundan əvvəl Universitetdə tədrisin sentyabrın 23-dən başlanacağı açıqlanmışdı. 
 
Ölkə başçısı İlham Əliyev bir neçə gün öncə Qarabağ Universitetinin və yataqxanasının açılışını edərək Xankəndində müəllim və tələbələrlə görüş keçirib. 
 
Bundan əvvəl Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 
 
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
 
33 ildən sonra bu il ilk dəfə Qarabağ Universitetində yenidən tələbələr təhsil almaq imkanı qazanıb. 
 
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib. 
 
Qarabağ Univrsitetində tədris iki dildə -Azərbaycan və İngilis dilində aparılacaq. 
 
Hazırda universitetin 1120 tələbəsi var. 
 
Gülnar  
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM