Qarabağ Universitetində Sabah qruplarında təhsil almaq mümkün olacaq

15:05 | 23.05.2024
Qarabağ Universitetində Sabah qruplarında təhsil almaq mümkün olacaq

Qarabağ Universitetində Sabah qruplarında təhsil almaq mümkün olacaq

Qarabağ Universitetində bakalavr təhsili üzrə Sabah qruplarına 8 ixtisas üzrə tələbə qəbulu aparılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 

 
Bir neçə gün öncə Qarabağ Universitetinə yeni rektor təyin edilib. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb