Tərtər rayonu Xoruzlu kənd sakini Əsədov Qəmbər Əsgər oğlu müdafiə naziri Zakir Həsənova müraciət edib. Qarabağ döyüşçüsü Qaynar.info-ya göndərdiyi müraciətdə bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi Müdafiə Nazirliyini bəhanə gətirərək süni şəkildə ona problem yaradır. Belə ki, Qarabağ əlilinə vəsiqəsini dəyişmək üçün nazirliyə müraciət etməyi, MN-dən müvafiq arayış almasını bildirir. Nazirliyə isə dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. Müraciəti təqdim edirik: "Cənab nazir! Mən 1993-95-ci illərdə 703 saylı hərbi briqadanın əsgəri kimi Azərbaycan Ordusunda qulluq eləmişəm. Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısıyam. Lakin veteran vəsiqələri dəyişəndə üzrlü səbəbdən köhnə vəsiqəmi dəyişə bilməmişəm. Sonradan veteran vəsiqəmi dəyişdirmək istəyəndə məndən tələb elədilər ki, Müdafiə Nazirliyi mütləq yenidən arayış verməlidir. Mən bu barədə dəfələrlə nazirliyə müraciət etsəm də, müraciətim cavabsız qalıb.Cənab nazir! Sizdən artıq dərcədə xahiş edirəm bu süründürməçiliyə son qoyasınız və mən qanuni hüquqlarımı bərpa edim".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !