ANS PRESS-in məlumatına görə, Qarabağda – cəbhə xəttinin şərq istiqamətində quluq edən erməni hərbçi 1995-ci il təvəllüdlü hərbi qulluqçu Artur Markaryan aldığı güllə yarasından ölüb. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Ermənistan tərəfinin baş vermiş ölüm hadisəsini araşdırdığı yazılsa da, Ermənistan Müdafiə Nazirliyinin əsgərin necə ölməsini gizlətdiyi də vurğulanır. Buna səbəb kimi onun əsgər yoldaşlarından biri tərəfindən vurulduğu güman edilir.
Xatırladaq ki, ötən gün daha bir erməni hərbi qulluqçusunun öz komandiri tərəfindən vurulduğu xəbəri yayılmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !