Qaçırdığı qızı boğub öldürdü – Ağcabədidə

12:13 | 09.10.2014
Qaçırdığı qızı boğub öldürdü – Ağcabədidə

Qaçırdığı qızı boğub öldürdü – Ağcabədidə

Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.“Qafqazinfo” xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. Əldə etdiyimiz məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanalın kənarına atıb.Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, meyit avtomobil yolunun kənarından tapılıb. Araşdırmalar zamanı onun Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Səltənət Mədət qızı Əliyeva olduğu məlum olub.Onun bir müddət əvvəl 1993-cü il təvəllüdlü Aydın Əbülfəz oğlu Qasımova tərəfindən qaçırılıbmış. Sonradan elə həmin şəxs tərəfindnə qətlə yetirilib. O, qızı boğaraq öldürüb.Hadisəni törədən Aydın Qasımov saxlanılıb. Hazırda həmin şəxs saxlanılıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM