Qarlı və şaxtalı hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub

21:50 | 18.02.2014
Qarlı və şaxtalı hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub

Qarlı və şaxtalı hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub

 İlin əvvəlindən ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, hazırda respublikanın bir neçə sürüşmə sahələrində aktivləşmələr müşahidə olunur. Onun sözlərinə görə, qarın əriməsindən sonra atmosfer çöküntülərinin təsirindən sürüşmə zonalarında aktivləşmə mövcuddur. S.Əmiraslanov qeyd edib ki, ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitindən sonra respublikanın müxtəlif ərazilərində monitorinqlər aparılıb. İlkin olaraq monitorinqlərə cənub zonasından başlanıb. Aparılan monitorinqlər nəticəsində cənub bölgəsində əsas aktivləşmə Lənkəran-Lerik yolundakı həm uçqun, həm də sürüşmə sahələrində aktivləşmələr müşahidə olunub. Monitorinqlər digər ərazilərdə də davam etdiriləcək. S.Əmiraslanovun sözlərinə görə, gələn həftənin ilk günlərindən ölkənin şimal istiqaməti üzrə monitorinqlərə başlanacaq: “Məlumatlarımız var ki, Quba-Xınalıq, Qonaqkənd yolunda, bəzi sürüşmə, uçqun sahələrində aktivləşmələr müşahidə olunur”. Qardan sonra aktivləşən sürüşmə zonalarına gəlincə S.Əmiraslanov vurğulayıb ki, respublikanın bölgələri üzrə Lənkəran-Lerik, Quba-Xınalıq, Qonaqkənd yolunda, Şamaxının 106-cı kilometrliyində aktivləşmələr var. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM