• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qasım Süleymaninin müavini qəflətən öldü

Qasım Süleymaninin müavini qəflətən öldü
19.04.2021 19:30
İranın təhlükəsizlik aparatının əsas fiqurlarından sayılan general Məhəmməd Hüseynzadə Hicazi qəflətən ölüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

65 yaşında vəfat edən general Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” qüvvələrinin komandan müavini vəzifəsində çalışıb. 

1956-cı ildə İsfahan şəhərində anadan olan Hicazi 1979-cu ildə İslam İnqilabından sonra SEPAH-a qoşulub və on il ərzində "Bəsic” paramilitarist könüllü milis təşkilatına rəhbərlik edib.

Hicazi qvardiyanın Livandakı qüvvələrinə rəhbərlik etdikdən sonra keçən ilin aprelində "Qüds” qüvvələri komandirinin müavini vəzifəsində çalışmağa başlayıb. İran mətbuatı onun İraq və Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak etdiyini bildirir.

Təşkilatın açıqlamasında daha ətraflı məlumat verilmədən generalın ürək xəstəliyindən öldüyü açıqlanıb.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol