• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa

Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa
26.12.2014 13:12
Daxili İşlər Nazirliyi polis əməkdaşlarına sosial şəbəkədən istifadə etməyi qadağan edib.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, son zamanlar xidmətdə olan polis əməkdaşlarının sosial şəbəkələrdə paylaşımları ciddi narahatlıq doğurub. Polislərin bəziləri xidməti silahı ilə fotolarını yayıb. Bu da yeni qadağaya səbəb olub.

Sosial şəbəkədə silahla fotosunu yayan Qaradağ rayon polis idarəsinin bir əməkdaşı artıq işdən uzaqlaşdırılıb.

Daxili işlər naziri Ramil Usubov dünən məsələ ilə bağlı görüş keçirib. İclasda gənc polis əməkdaşları ilə yanaşı valideynləri də iştirak edib. Bu görüşdə nazirin "sosial şəbəkə qadağası” əməkdaşlara və valideynlərinə çatdırılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo”nun məsələ ilə bağlı soruğusuna belə cavab verib: "Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, daxili işlər orqanlarının şəxsi heyəti  də Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlarından məhdudiyyətsiz  istifadə  edirlər”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa
Qaynari.nfo 13:12
Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa
Bakıda olay: Sürücü yol polisini döydü
Qaynari.nfo 14:14
Bakıda olay: Sürücü yol polisini döydü
Azərbaycanda əfv:  27 məhbus azad olacaq - AÇIQLAMA
Qaynari.nfo 12:43
Azərbaycanda əfv: 27 məhbus azad olacaq - AÇIQLAMA
Bakıda kütləvi intihar cəhdinin qarşısı alındı + YENILƏNİB+FOTO
Qaynari.nfo 19:02
Bakıda kütləvi intihar cəhdinin qarşısı alındı + YENILƏNİB+FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol