Qazaxda faciə: 1 ailənin 4 üzvü Kürdə batdı

09:01 | 04.08.2014
Qazaxda faciə: 1 ailənin 4 üzvü Kürdə batdı

Qazaxda faciə: 1 ailənin 4 üzvü Kürdə batdı

Kürün Qazax rayonu ərazisindən keçən hissəsində 4 nəfər batıb.Qazax Rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib. Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb. Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar. Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb. Əraziyə gələn FHN-in “ARAN” Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar. İki qızın axtarışları davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM