Qazaxıstan miqrasiya qaydalarını sərtləşdirəcək

16:31 | 20.09.2024
Qazaxıstan miqrasiya qaydalarını sərtləşdirəcək

Qazaxıstan miqrasiya qaydalarını sərtləşdirəcək

Qazaxıstan dövləti deportasiya qaydalarını sərtləşdirəcək. Bu barədə Qazaxıstanın Miqrasiya xidmətindən bildirilib.
 
Məlumata görə, əcnəbilərin miqrasiya qanunlarını pozduqları təqdirdə bu hal baş verəcək.
 
"Yeni deportasiya institutunun tətbiqi planlaşdırılır. Bu miqrasiya qanunvericiliyini aşkar və qərəzli pozan şəxslərin Qazaxıstandan daha tez çıxarılmasına imkan verəcək”,-  məlumatda bildirilib.

Qazaxıstanda həmçinin, terror fəaliyyətində iştirak edən əcnəbilərin ölkəyə girişinə qadağa qoyulub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM