Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

20:31 | 23.09.2024
Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.Bu barədə Azərbaycanın Müdafiə nazirliyindən məlumat verilib.

Qazaxıstanlı nazir "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılıb.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM