Qazaxın başçı müavini: “Bütün kəndlərlə danışmışam”

16:19 | 07.08.2014
Qazaxın başçı müavini: “Bütün kəndlərlə danışmışam”

Qazaxın başçı müavini: “Bütün kəndlərlə danışmışam”

“Hazırda Qazax rayonunda heç bir atışma yoxdur”.
 
Bu barədə Axar.az-a Qazax Rayon İcra başçısının müavini Arif Heydərov məlumat verib.
 
O, hazırda kəndlərdə vəziyyətin Azərbaycan Ordusunun tam nəzarətində olduğunu deyib:
 
“Dünəndən bu yana kəndlərdə vəziyyət normaldır. Hazırda kəndlərin hər biri ilə danışmışam. Hələlik hər şey normaldır və heç bir atışma yoxdur. Bu gün həmçinin şəhid gizirimiz İsa Almazovun yeddi mərasimidir. İcra hakimiyyəti şəxsən bütün məsuliyyəti öz üzərinə götürüb. Bir azdan icra başçısı da daxil olmaqla hər birimiz orada iştirak edəcəyik”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM