Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi

22:08 | 21.12.2018
Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi

Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi

Avropada qəribə hadisə baş verib. Vəfat etdikdən sonra dəfn edilən qız qəbirdən qalxaraq, öz yas mərasiminə gəlib.  Vaxtilə dərzi işləyən qız paltar tikərkən adəti üzrə düymənin   ağzında saxlayırmış.

Tikişlə məşğul olan qız dodaqaltı mahnı oxuyur və anasının suallarına cavab verirmiş. Qəflətən dərindən nəfəs alan qızın havası çatmayıb. Onun boğazı qovuşub və öskürməyə başlayıb. Doğmaları nə baş verdiyini anlamadıqları üçün təşvişə düşüblər. Qızın ürəyi dayanıb və nəfəs almayıb. 

Tikiş alətlərini və düymələri ətrafa səpələnmiş görən ailə üzvləri nə baş verdiyini anlayıblar. Düymə qızın traxeyasına ilişərək oksigen və havanın yolunu kəsib. Qızın bədəni göyərməyə başlayıb. Yaxınlıqda isə xəstəxana olmayıb. Qızı başqa yerdə xəstəxanaya çatdırsalarda, həkimlər boğulma diaqnozu qoyublar.

Ailə kədərə qərq olur. Bir gün sonra gənc qızı dəfn ediblər. Onu gözəl geyindirərək sevimli qızıl üzüyünü də barmağına taxıblar. Dəfndən sonra yas mərasimi keçirilib. Amma yas mərasimi yarıda kəsilib. Çünki qəflətən qapı döyülüb. Ölən qız öz yas məclisinə gəlib. Qonaqlar qarşılarında bir müddət əvvəl dəfn etdikləri qızı görəndə dəhşətə gəliblər. Bu isə qızın anası üçün dəhşətli sürpriz olub. Onun üst-başı palçıq içində olub. Qızı evə salıb paltarını dəyişdirib yemək veriblər. 
  
Bir az istirahət edən qız başına gələnləri danışıb. Məlum olub ki, qızın udduğu düymə oksigen yolunu tam tutmayıb. Düymənin deşiklərindən cüzi də olsa oksigen gedirmiş. Amma onun ürək döyüntüsü zəifləyir və idarəetməni itirir. Ətrafda baş verənləri eşitsə də heç bir reaskiya göstərə bilməyib. Qızın xilas edilməsidə qəribə təsadüfdən sonra baş verib. Onun barmağındak ıüzüyə tamah salan oğrular qəbiri qazaraq meyiti çölə çıxarırlar. Meyiti çölə çıxaran oğrular qızın barmağından üzüyü çıxarırlar və paltarını da soyundurmaq qərarına gəlirlər. Qızı soyunduranda onu qəflətən kürəyi üstə çevirirlər və nəticədə düymə nəfəs borusundan çıxır. Qız nəfəs alaraq özünə gəlir. Oğrulardan ikisini qorxudan ürəyi hadisə yerində partlayır. Digərlərini isə sonradan həbs edərək məhkəmə qarşısına çıxarırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb