QƏFİL SUAL: 18 oktyabr nə günüdür? - ANN.TV

09:24 | 16.10.2015
QƏFİL SUAL: 18 oktyabr nə günüdür? - ANN.TV

QƏFİL SUAL: 18 oktyabr nə günüdür? - ANN.TV

ANN.TV-nin çəkiliş qrupu 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqillik günü ilə bağlı şəhər  sakinləri arasında sorğu keçirib. "Qəfil sual" rubrikası çərçivəsində respodentlərə iki sual ünvanlanıb: "18 Oktyabr nə günüdür?" və "Azərbaycanın gələcəyini necə görürsünüz: Avropaya, yoxsa Rusiyaya doğru?"

Şəhər sakinlərinin bu suallara necə cavab verdiyini bilmək üçün video-süjetə baxmaq lazımdır.

18 Oktyabrın nə günü olduğunu bilməyənlər üçün xatırlatma: 

Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri məhz 18 Oktyabrda baş verib.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
 
Hazırladılar: 
Zülfiyyə Səfxanova
Şahpəri Abbasova
 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti