Qərib Məmmədova TAPŞIRIQ

18:43 | 12.03.2015
Qərib Məmmədova TAPŞIRIQ

Qərib Məmmədova TAPŞIRIQ

 Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət proqramının layihəsi müzakirə olunub.
 
AMEA-dan Lent.az-a verilən məlumata görə, Akademiyanın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov Rəyasət Heyətinin bugünkü iclasında Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Azərbaycan Respublikasının dövlət proqramı haqqında məlumat verib.

AMEA Rəyasət Heyətinin qərarı ilə "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Azərbaycan Respublikasının dövlət proqramının” hazırlanması Milli Əlaqələndirici instituta – AMEA-nın Genetik Ehtiyatlar İnstitutuna tapşırılıb.

Yuxarıda sadalanan hüquqi aktlardan irəli gələrək Genetik Ehtiyatlar İnstitutu tərəfindən hazırlanmış Dövlət Proqramı Elmi-Texniki Şurada, Aqrar Elmlər Bölməsində müzakirə edilərək bəyənilmiş və AMEA Rəyasət Heyətinə təqdim edilib.

AMEA Rəyasət Heyəti bütün bunları nəzərə alaraq və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramının layihəsini müzakirə edərək bir sıra qərarlar qəbul edib. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə, Aqrar Elmlər Bölməsinə və Genetik Ehtiyatlar İnstitutuna tapşırılıb ki, Milli Proqramın yekun variantı və qoşma sənədlərinin hazırlanması istiqamətində lazım olan fəaliyyətləri həyata keçirsinlər. Bu və ya digər qərarların icrasına nəzarət Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədova həvalə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM