Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək

19:37 | 29.06.2017
Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək

Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək

Qətərin müdafiə naziri Xalid əl-Attiya sabah Ankaraya səfər edəcək. 

Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Məlumata görə, Türkiyəyə səfər çərçivəsində əl-Attiya ölkənin müdafiə naziri Fikri İşık ilə görüşəcək. Səfərin digər detalları açıqlanmır.   

İyunun 9-da Qətər və Türkiyə arasında hərbi saziş qüvvəyə minib. Müvafiq sənəd Ankarada 2016-cı ilin noyabr ayının 10-da imzalanıb. 

Daha öncə Qətər ərazisində türk hərbçilərindən ibarət heyətin yerləşdirilməsinə dair Türkiyə və Qətər arasında sazişə dair qanun qəbul edilib.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb