Qəza Bakının yarısını zülmətə saldı - FOTOLAR+VİDEO+YENİLƏNİB

01:34 | 23.08.2014
Qəza Bakının yarısını zülmətə saldı - FOTOLAR+VİDEO+YENİLƏNİB

Qəza Bakının yarısını zülmətə saldı - FOTOLAR+VİDEO+YENİLƏNİB

***

Bakıda yanacaq daşıyan maşın qəza törədib.APA-nın məlumatına görə, hadisə  Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan  benzin 200 m əraziyə dağılıb.Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

***

Bakı şəhərinin xeyli hissəsində elektrik cərəyanının verilməsi kəsilib. Bu barədə şəhərin müxtəlif hissələrində, əsasən də Yasamalda yaşayan sosial şəbəkə fəalları məlumat veriblər. İlkin informasiyaya görə, şəhərin Badamdar yaşayış massivində yük maşını yüksək gərginlikli elektrik xəttinin dirəyinə çırpılaraq, onu zədələyib və yanğın baş verib, nəticədə elektrik verilməsi dayandırılıb.

Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır. Bu informasiyanı "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafaeyv də təsdiqləyib. Onun sözlərinə görə, daha müfəssəl məlumatı hadisə yerinə çatdıqdan sonra verəcək.Musavat.comun əməkdaşlarının hadisə yerindən bildirdiklərinə görə, Bakı Dairәvi yolunun Badamdardan keçən hissəsində, maşın bazarının qarşısından keçәn yolda yanacaq daşıyan avtomobil yanır. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәlәri işıqsız qalıb, Binәqәdi, Abşeron, Sәbail, Xәzәt rayonlarının elektrik enerjisi ilә tәminatında ptoblemlәr var.Yanğın bu dәqiqәlәrdә davam edir, yol bağlanıb. Partlayış tәhlükәsi olduğundan әraziyә heç kim buraxılmır.***

Bakıda güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, Bakının Dairəvi Yolu ağır yol nəqliyyat hadisəi baş verib.Hadisə Bakı Dairəvi Yolunun paytaxta giriş hissəsində baş verib.Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.Ərazidə keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.Hazırda yolda hərəkət tamamilə dayandırılıb.Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir.Hadisə zamanı yanğındaşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.İlkin məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM