Qəzada ölən 4 nəfər əsgər valideyinləri imiş

10:58 | 04.10.2018
Qəzada ölən 4 nəfər əsgər valideyinləri imiş

Qəzada ölən 4 nəfər əsgər valideyinləri imiş

Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlarmış.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.

Qeyd edək ki, gecə saatlarında "VAZ-21011" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb