• $
  • £

Qəzzada həlak olan media işçilərinin sayı açıqlanıb

Qəzzada həlak olan media işçilərinin sayı açıqlanıb
01.11.2023 12:13
Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəlib. Bu barədə Fələstin Jurnalistlər Birliyi  açıqlama verib.
 
"İsrail hücumları nəticəsində 25 fələstinli jurnalist və 13 media işçisi həyatını itirib. Ən az 35 jurnalstin evi bombardman edilib. İsrail sistemli siyasət yeridərək fələstinli jurnalistləri hədəf alır. 2000-ci ildən oktyabrın 7-dək 55 fələstinli jurnalist öldürülüb”, - Fələstin Jurnalistlər Birliyinin "Facebook” səhifəsində edilən açıqlamada bildirlib.

Həmkarlar ittifaqı bu hücumlarda həyat yoldaşı və iki uşağı şəhid olan Əl-Cəzirə telekanalının əməkdaşı jurnalist Vail Dahduhun evinin bombalanmasının məqsədyönlü olduğuna diqqət çəkib.
 
Oktyabrın 30-da Qəzza hökuməti məlumat yayaraq həlak olan jurnalistlərinin sayının 35 nəfərə çatdığını deyib.
 
Oktyabrın 23-də Jurnalistləri Müdafiə Komitəsi açıqlama verərək həyatını itirən jurnalistlərin sayının artaraq 23 nəfər olduğunu, onlardan 19-nun Fələstinli, 3-nün İsrailli, 1-nin Livanlı olduğu  və hücumların başladığı gündən bu yana isə  8 jurnalistin yaralandığı bildirilib.
 
Oktyabrın 11-də Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında azı 7 fələstinli jurnalist həlak olduğunu qeyd edib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksika və Uruqvay Kubaya humanitar yardım göndərib
Dünya 23:43
Meksika və Uruqvay Kubaya humanitar yardım göndərib
Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib
Dünya 23:30
Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib
Almaniya Türkiyənin cənub-şərqində "Patriot" kompleksi yerləşdirəcək
Dünya 22:05
Almaniya Türkiyənin cənub-şərqində "Patriot" kompleksi yerləşdirəcək
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçib
Dünya 21:44
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçib
Hakan Fidan Fridrix Merts ilə görüşüb
Dünya 18:17
Hakan Fidan Fridrix Merts ilə görüşüb

ABŞ İran neftinə qarşı sanksiyalarıdayandıracaq
Dünya 17:28
ABŞ İran neftinə qarşı sanksiyalarıdayandıracaq
Tehran birjası 80 günlük fasilədən sonra sabah açılacaq
Dünya 15:39
Tehran birjası 80 günlük fasilədən sonra sabah açılacaq
Silahlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib
Dünya 15:00
Silahlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib

Moldova Rusiyaya nota verib
Dünya 14:18
Moldova Rusiyaya nota verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol