Qida standartına əməl etməyən bağçalar - RƏSMİ AÇIQLAMA

18:38 | 23.01.2014
Qida standartına əməl etməyən bağçalar - RƏSMİ AÇIQLAMA

Qida standartına əməl etməyən bağçalar - RƏSMİ AÇIQLAMA

Ötən il Azərbaycanda 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilib, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb.Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8 250 adda uyğunluq sertifikatı verilib. Sertifikatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilib.Bundan başqa, Komitə yanında Dövlət Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında dövlət nəzarəti həyata keçirilib, araşdırmalar zamanı bağçaların bir çoxunda «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı»nın (AZS 747-2013) tələblərinə əməl olunmadığı aşkar edilib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM