QİÇS Azərbaycanda ən çox harada yayılıb?

17:37 | 06.11.2015
QİÇS Azərbaycanda ən çox harada yayılıb?

QİÇS Azərbaycanda ən çox harada yayılıb?


Bu ilin 9 ayı ərzində Azərbaycanda 604 nəfər HIV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxub.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə HIV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu il oktyabrın 1-dək 4332 nəfər Azərbaycan vətəndaşı HIV-ə yoluxub. Onların 73,5 faizi (3183) kişi, 26,5 faizi (1149) qadındır.

Hazırda ölkədəki xəstələrin 1200-ə qədəri qeyri-aktiv mərhələdədir. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək Azərbaycanda HIV infeksiyasından 729 nəfər dünyasını dəyişib.

Ötən illər ərzində HIV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 2382 nəfərdə (55%) inyeksion yolla, 1524 nəfərdə (35,2 faizi) heteroseksual, 77 nəfərdə (1,8%) homoseksual yol, 79 nəfərdə (1,8%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. HIV-ə yoluxanların 270 nəfərində (6,2%) yoluxma yolu müəyyən edilməyib.

Belə xəstələrin müalicəsi üçün tətbiq edilən antivirus terapiyaya 2006-cı ildən indiyə kimi 2784 nəfər cəlb edilib.

Azərbaycanda HIV infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir. Ölkə üzrə HIV-in ən çox yayıldığı ikinci rayon Hacıqabul, üçüncü rayon Astara, dördüncü rayon Lənkəran, 5-ci şəhər isə Sumqayıt, 6-ci yeri isə Yevlax tutur. Adları qeyd edilən 6 şəhər və rayonda HIV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM