Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı

17:08 | 16.12.2015
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı

Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı

Dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də Azərbaycan ərazisində qış fəsli başlayır. Həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

Modern.az-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür