Qışda Ukraynada mobil rabitə 4-6 saat işləyə bilər

08:48 | 20.09.2024
Qışda Ukraynada mobil rabitə 4-6 saat işləyə bilər

Qışda Ukraynada mobil rabitə 4-6 saat işləyə bilər

Bu qış Ukraynada mobil rabitə  işıqların kəsilməsi səbəbindən gündə cəmi 4-6 saat işləyə bilər. Ukraynanın "Strana.ua” nəşri xəbər verir ki, bunu yerli jurnalistlərə müsahibəsində Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin mobil internetin inkişafı istiqamətinin rəhbəri Stanislav Pribitko bildirib.

Ukrayna hökuməti əvvəllər mobil operatorları 2025-ci ilə qədər 10 saat enerji təchizatı olmadan rabitə təmin etməyə məcbur etmək barədə qərar qəbul etmişdi, lakin Pribitkonun dediyi kimi, qışa qədər heç bir operatorun bu tələbləri 100% yerinə yetirməyə vaxtı olmayacaq. 

Mobil operatorlar bunu onunla izah edirlər ki, uzun fasilələr zamanı təkrarlayıcı qüllələr və kabel marşrutlaşdırıcılarındakı akkumulyatorlar enerji doldurmağa vaxt tapmayacaq, səfərbərliklə əlaqədar hazırlıq işləri üçün kifayət qədər heyət yoxdur. 

Aytac 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM