2015-ci ildə İçәri Şәhәrin muzeylərinə gәlәn ziyarәtçilәrin sayı artıb.
Bu barədə İçərişəhər Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-a bildirilib.
"Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qız qalasını 155 614 nəfər (2014-cü ilin eyni dövründə - 137 235), Şirvanşahlar Sarayı Kompleksini isә 73 455 nəfər (2014-cü ilin eyni dövründə - 63 154) qonaq ziyarәt edib.
Bunlarla yanaşı, "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gələn ziyarətçilərin sayında həmçinin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2015-ci ilin 9 ayı ərzində Qoruğu 68 469 nəfər (2014-cü ilin eyni dövründə - 48 174) ziyarət edib” - deyə, idarədən bildirilib.
Bundan başqa, idarənin məlumatına görə, 2014-cü ildə, Qız qalasının ziyarətçilərinin sayında ötən illərə nisbətdə iki dəfəyə, Şirvanşahlar Sarayı Kompleksində isə 50%-ə qədər artım müşahidə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !