İkinci sinif şagirdi qızılcadan vəfat edib

16:38 | 26.02.2024
İkinci sinif şagirdi qızılcadan vəfat edib

İkinci sinif şagirdi qızılcadan vəfat edib

Bakının 14 nömrəli tam orta məktəbinin 2-ci sinif şagirdi qızılcadan vəfat edib. Bu barədə məktəblinin sinif yoldaşlarının valideynlərindən biri  anews.az-a məlumat verib.
 
"Əkiz bacılar olub. Öncə bacısı yoluxub daha sonra o sağalıb. Sonra bu bacısı qızılcaya yoluxub. Bu uşaq zəif uşaq olub. Xəstəxanada çox baxımsız vəziyyətdə qalıb, ölüb", - məlumatda qeyd edilib.

Uşağın 7 saylı uşaq infeksion xəstəxanasında müalicə aldığı bildirilib. 
 
Onun ölümü ilə bağlı sorğuya TƏBİB hələlik açıqlama verməyib. 
 
2023-cü il dünyada qızılcadan 306,000-dən çox hadisə qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.  
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 
2023-cü ilin statistikasına görə, Azərbaycanda qızılcaya yoluxanların sayı 1493 nəfər olub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM