"Qadın
Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu:
Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair
maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə
yekun vurulub.
Layihə
çərçivəsində Qax, Quba, Xaçmaz, Masallı rayonlarında, Bakı şəhərində və bir
sıra Bakı kəndlərində qız uşaqlarının təhsildən erkən ayrılması probleminin
qarşısının alınması məqsədilə maarifləndirmə kampaniyaları və ictimai
müzakirələr təşkil edilib. Problemin
yaranma səbəblərinin araşdırılması məqsədilə sorğular, Qax
məktəblilərinin iştirakı ilə "İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış fləşmobu
keçirilib.
Layihənin icrası ilə əlaqədar müvafiq məlumatlar,
fləşmobu əks etdirən videoçarx ölkə KİV-ləri və sosial şəbəkələr vasitəsilə
ictimaiyyətə çatdırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !