QMİ sədri: “Məsələləri siyasiləşdirmək lazım deyil”

13:14 | 24.10.2015
QMİ sədri: “Məsələləri siyasiləşdirmək lazım deyil”

QMİ sədri: “Məsələləri siyasiləşdirmək lazım deyil”

"Mən özüm də demişəm ki, Aşura zamanı İmamzadədə toplanın”

"Gəncədə bir qrup insan məsciddən İmamzadəyə piyada yürüş etmək istəyib. Ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib”.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. 
 
M. Qurbanlı bildirib ki, bu gün Gəncədəki Şah Abbas məscidində Aşura ilə bağlı mərasim keçirilir.
 
QMİ sədri Allahşükür Paşazadə isə qeyd edib ki, İmamzadə kompleksində böyük abadlıq işləri görülür: "Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Mən özüm də demişəm ki, Aşura zamanı İmamzadədə toplanın. Ancaq yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM