Qorbaçov “Çernobıl” serialından danışdı - “Bunlar uydurmadır”

12:15 | 10.06.2019
Qorbaçov “Çernobıl” serialından danışdı - “Bunlar uydurmadır”

Qorbaçov “Çernobıl” serialından danışdı - “Bunlar uydurmadır”

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən akademik Valeri Leqasov barədə danışıb. 

"Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, o, Leqasova Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməməsi barədə göstəriş vermədiyini qeyd edib. 

"Mən belə bir göstəriş verməmişəm. Məndən başqa da bunu kim edəcək? Bunlar uydurmadır”,- deyə Qorbaçov bildirib. O, hələ ki, "Çernobıl” serialına baxmağa imkan tapmadığını da sözlərinə əlavə edib. 

Qeyd edək ki, qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən akademik Valeri Leqasov atom reaktorunda defekt olduğunu iddia edib. Leqasov 1986-cı ildə Vyanada çıxış edərkən məxfi məlumatları açıqlayıb. Məhz buna görə bəzi tarixçilər Qorbaçovun akademikə fəxri ad vermədiyini və bu səbəbdən alimin karyerasının başa çatdığını ehtimal edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM