Qrip olan şəxs oruc tuta bilərmi?

23:08 | 16.07.2014
Qrip olan şəxs oruc tuta bilərmi?

Qrip olan şəxs oruc tuta bilərmi?

“Oruc tutduqları müddətdə soyuqdəyməyə yoluxan (qrip) şəxslər ehtiyac varsa, müalicə olunmalıdır. Və müalicə olunduqlarına görə dərman qəbul edərlərsə, o zaman orucları batil olar. Sağaldıqdan, Ramazan ayı çıxdıqdan sonra növbəti Ramazan ayına qədər həmin günün qəzalarını, yəni bir günün əvəzində bir gün oruc tutmalıdırlar”.
 Bunu Modern.az-a açıqlamasında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, qrip xəstəliyi şəxsə narahatlıq yaratmırsa oruc tutmaya davam edə bilər:   
“Müalicəsi çox yüngül olarsa, həmin günləri ayaqüstə, rahat keçirə bilərlərsə, narahatçılıq yaratmırsa, onda oruc tuta bilərlər. Ancaq soyuqdəymə də olsa doğrudan da müalicəyə ehtiyac varsa, ona narahatlıq yaradırsa, orucu poza bilər. Bəzi hallarda hətta pozmalıdır”.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM