Qırmızı kitaba düşən ağac aşdı - Tovuzda

20:05 | 13.08.2014
Qırmızı kitaba düşən ağac aşdı - Tovuzda

Qırmızı kitaba düşən ağac aşdı - Tovuzda

Tovuzun Aşağı Öysüzlü kəndində adı qırmızı kitabda olan nəhəng çinar ağacı kökündən qırılaraq yaxınlıqdakı avtomobil təmiri sexinin üstünə düşüb.

AzNews.az TTV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Yağışla müşayiət olunan güclü külək cəmi 5 dəqiqəyə ağacı aşıra bilib.Təbii fəlakət zamanı xəsarət alan olmasa da ərazidən keçən elektrik naqillərinə və sexə böyük ziyan dəyib. Zərərçəkən Sərvan Abbasov hadisəylə bağlı belə deyir: "Maşın var idi düzələsi. Onu düzəltdim yenicə uzaqlaşmışdım ki, möhkəm külək əsdi. Hiss elədik ki, nə isə oldu. Elə bildik zəlzələdir. Geri qayıdıb gəlib baxdıq ki, ağac aşıb."ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM