Qırğızıstanda Türk Dünyası toplantısı keçirilir - FOTO

19:01 | 24.04.2014
Qırğızıstanda Türk Dünyası toplantısı keçirilir - FOTO

Qırğızıstanda Türk Dünyası toplantısı keçirilir - FOTO

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Gənc Türkoloqların VI simpoziumu keçirilir.
Qurultayda Azərbaycanı Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitunun doktorantı, Yeni Nəfəs Hərəkatı İdarə Heyətinin üzvü Mehman Həsən təmsil edir.
M.Həsənin ANN.Az-a Bişkekdən verdiyi məlumata görə, dünən  simpozium öncəsi Türk Dünyasını təmsil edən alimlərin toplantısı olub: “Türk Dünyasını simpoziumda təmsil edən alimlərin tanışlıq konfransı keçirildi. Konfransda alimlərin əməkdaşlığı, birgə layihələrin hazırlanması və Türk Birliyinə gələcək töhfələr müzakirə mövzusu oldu”.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində 22-25 aprel tarixində Türk Dünyasının gənc alimlərinin VI simpoziumu keçirilir. Qaydaya görə simpozium hər il bir türk ölkəsində keçirilir. Simpozium hər ölkənin elm mərkəzlərinin əməkdaşlığı və müəyyən qərarların verilməsində xüsusi əhəmiyyətə malikdir.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti