Qubada buzov kanala düşdü, çıxartmaq istəyən iki nəfər suda batdı

20:22 | 08.04.2018
Qubada buzov kanala düşdü, çıxartmaq istəyən iki nəfər suda batdı

Qubada buzov kanala düşdü, çıxartmaq istəyən iki nəfər suda batdı

Qubanın Gədikqışlaq kəndindən keçən Samur-Abşeron kanalında batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.

"Report" xəbər verir ki, bunlar rayonun Gədikqışlaq kənd sakinləri olan Vidadi Mehrəliyev və Səhrab Seyfulovdur


Onların cəsədləri ailələrinə təhvil verilib.
 
Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.


Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb