"Ağ-qara" emosiyalar - FOTOLAR

23:56 | 08.01.2014
"Ağ-qara" emosiyalar - FOTOLAR

"Ağ-qara" emosiyalar - FOTOLAR

Rüstəm Qasımov "Natəvan" qalereyasında Rüfət Abbasın "Küçə, işıq, emosiyalar" adlı fərdi sərgisi keçirildi. Bu sərgi incəsənət həvəskarlarına fotoqrafın təsvir etməyə çalışdığı insan emosiyalarını müşahidə etmək imkanı yaradıb. R.Abbas "Street art" istiqamətində çalışır. Onun qəhrəmanları küçələrdəki, çimərliklərdəki, dünya şəhərlərinin parklarındakı adi insanlardır. Rüfət Abbas çox səyahət edir və bu səfərlər zamanı planetin müxtəlif guşələrindən fotoşəkillər çəkir. Şəkillərdə Bakı və İstanbul şəhərlərinin qədim arxitekturasının mirvarilərinə, Avropa şəhərlərinin gözəlliklərinə rast gəlinir. İlk baxışda fotolar müxtəlif görünürlər, amma küçələrin romantik qarşılıqlı əlaqəsiylə mənzərələrin təkrarolunmazlığı və bir çox başqa cəhətləriylə həmahənglik təşkil edir. Balaca oğlanların məşhur "Taksim" meydanına hərəkət edən tramvaydan sallanmaları isə canlı emosiyaları özündə ehtiva edir. Uşaqlıq – bu, bizim həyatımızın başlanğıcı hesab olunan unudulmaz zaman kəsiyidir. Bakı həyətlərindən birində dəmir qapılardan sallanan oğlanın üzündəki xoşbəxtliyi görməmək mümkün deyil… Elə futbol oynayan oğlanların üzündə də… Şəkillərin birində tamaşaçıya yaşlı adamın gözləri baxır. Sərgidəki ən heyrətamiz foto hesab oluna bilər.  "Dayanın, yoxsa siz də belə olacaqsınız! Tanrı sizi qorusun!". Evsiz-eşiksiz qalmış bir amerikalı tərəfindən yazılmış sözlər, bir anlıq da olsa ayaq saxlayıb, mənəviyyat və insani dəyərlər haqqında düşünməyə vadar edir. Axı bu dəyərlər irqindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bütün dünyanın insanlarını birləşdirir.Türk şəhəri Antalyada çəkilmiş başqa bir şəkil bizə gənc və yaşlı nəsillər arasındakı qarşılıqlı əlaqəni göstərir. Fotoda balaca qız öz babasıyla danışır. Və ya başqa bir fotoda, ağır işdən təngə gəlmiş taqətsiz qoca əlil kreslosunu diyirlədir. Həyat – mövcudluq uğrunda sonsuz mübarizə və günəş altda yerdir... Azərbaycan ordusunun hərbi qulluqçusunun təsvir edildiyi şəkil öz romantik əhval-ruhiyyəsiylə diqqət cəlb edir, bu fotoda telefonla danışan və eyni zamanda yay donunda baxışlarıyla göz gəzdirən qız təsvir edilib. Bu fotoya baxarkən anlamağa başlayırsan ki, niyə şəkillər bizim həyatımızda belə əhəmiyyətli rol oynayır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb