"Azadlıq” radiosunun Bakıdakı rəhbəri dəyişdi

17:40 | 18.07.2014
"Azadlıq” radiosunun Bakıdakı rəhbəri dəyişdi

"Azadlıq” radiosunun Bakıdakı rəhbəri dəyişdi

“Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edir.
Məsələ ilə bağlı sayta açıqlama verən Z.Məmmədli bildirib ki, hazırda “Azadlıq” radiosunda baş redaktor vəzifəsində işləyir.
Xatırladaq ki, radionun saytında Bakı ofisinin koordinatoru kimi, Babək Bəkirin adı göstərilir. Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir. 
O da bildirilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. “Azadlıq” radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən, həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yaradır.
Z.Məmmədli “Azadlıq” radiosunun Bakı ofisinin koordinatoru təyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəməyib: “Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM