"Azərbaycan ermənilərin öz adlarına çıxdıqları torpaqların sahibidir"

16:25 | 07.02.2014
"Azərbaycan ermənilərin öz adlarına çıxdıqları torpaqların sahibidir"

"Azərbaycan ermənilərin öz adlarına çıxdıqları torpaqların sahibidir"

“Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanın içərisində də elə qüvvələr var ki, biz tarixi sübutlarla ermənilərin Azərbaycana necə köçürüldüyünü, hansı işlər gördüklərini sübuta yetirəndə ona qarşı çıxmağa çalışır. Daxildəki qüvvələrə demək istəyirəm ki, zəhmət çəkib Tarix İnstitutunu, Yaqub Mahmudovu qaralmasınlar”. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu qüvvələr öz tarixlərinə sahib çıxmalı, Azərbaycanın çörəyini yeyib, burda adlar alıb, sonradan xaricə xidmət etməməlidirlər. Y. Mahmudov bildirib ki, Tarix İnstitutu tərəfindən Berlin, London, Paris, Sankt-Peterburq, Moskva, Dehli, İstanbul, Ankara və digər yerlərdən sənədlər gətirilib: “Dünya bütün tarixi sübutlarla deyir ki, erməniləri Azərbaycan torpaqlarına Çar Rusiyası köçürüb. Köçürərkən keçmiş İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. Ermənilərə qarşı bu döyüşləri tək aparmaq bizim üçün çətindir. Xüsusilə ona görə çətindir ki, ölkə daxilində gördüyümüz işlərə əks gedənlər olur. Azərbaycanda Yaqub Mahmudovu, Tarix İnstitutunu ləkələməkdən ötrü materiallar yayılır. Nə axtarırsınız? Bundansa gedin axtarın ki, Azərbaycanın əleyhinə kim yazır, yazanların milliyyəti, kökü nədir və nə üçün Azərbaycanı ləkələyirlər?” Tarix İnstitutunun direktoru qeyd edib ki, Azərbaycan ermənilərin öz adlarına çıxdıqları torpaqların sahibidir. Onun sözlərinə görə, bundan sonra da lazımi tədqiqatlar davam etdiriləcək: ““Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ilə də bizi köçəri, gəlmə adlandıran və bu torpaqların sahibi olmadığımızı əsaslandırmağa çalışan erməni tarixçilərinə bəzi məsələləri sübut edirik. Sübut olunur ki, ermənilər bura Balkan yarımadasından köçürülüblər. Balkan yarımadasında finikiyalılarla qohum olan etnos Asiyaya gəlmə əhalidir və Van gölü ətrafına köçürülərək gətirilib. Oradan da Çar Rusiyası vasitəsilə Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülüblər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM