"Bakı Avropa Oyunları 2015" təşkilat komitəsi www.baku2015.com rəsmi internet səhifəsini təqdim edir və İlk Avropa Oyunlarının başlanmasına qalan "700 gün"-ə start verir. Trend-in məlumatına görə, bu gün "Bakı Avropa Oyunları 2015" Təşkilat Komitəsi bu tədbirin rəsmi xəbərlər mənbəyi olacaq www.baku2015.com internet səhifəsini açıb. Bu gün təqdim edilən internet səhifəsi 12 iyul 2015-ci il tarixində Bakı Avropa Oyunlarının ilk gününə qalan "700 gün" hesabına start verildiyi olduqca xüsusi tarixə həsr olunur.Açıldığı tarixdən etibarən, rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanını yaradacaq.İnternet səhifəsi Bakı Avropa Oyunlarına 2015 aid hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşəcək və Oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.İlk Avropa Oyunların tarixində bu iki mühüm hadisəni qeyd etmək üçün bu gün saat 22:00-dən saat 00.00-a qədər vətəndaşlar və Bakı şəhərinə səfər edən qonaqlar tanınmış Alov Qüllələrin divarlarında və Bakının mərkəzində qurulmuş çöl TV ekranlarında "700 gün" hesabını gözəl rəqəmsal panoramada seyr etmək imkanını qazanacaqlar.Qeyd edək ki, Avropa Oyunları Avropanı əhatə edən 49 milli olimpiya komitələrindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana, Bakıya verilmişdir. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən aparılır, təşkil edilir və idarə olunur. Avropa Oyunları İtaliyada, Romada 2012-ci il dekabrın 9-da Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis edilmişdir və həmin vaxt Avropanın milli olimpiya komitələrinin əksər səs çoxluğu ilə Avropa Oyunları yaradılmışdır. Həmin Baş Assambleyada Milli Olimpiya Komitələri əksər səs çoxluğu ilə bu Oyunların keçirilməsini Azərbaycanın Bakı şəhərinə həvalə etmişdir.Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assamblyeasında, Avropanın 49 Milli Olimpiya Komitələri Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə 84% əksər səs çoxluğu ilə təsdiqləmişdir. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən İlk Avropa Oyunları 2015-in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə, 2015-ci il 28 iyun tarixində keçiriləcəkdir.Bu, sözün əsl mənasında, Azərbaycanın həm ölkə daxilində, həm beynəlxalq səviyyədə idman inkişafının təşviqinə və fəal şəkildə inkişafına olan xüsusi sadiqliyinin və bu işdəki qətiyyətinin digər nümunəsidir. Avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu Oyunların təşkil edilməsinin Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.İlk oyunlara ev sahibi olacaq Azərbaycanın uğuru və xüsusi rolu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin 31 iyul 1997-ci il tarixində Milli Olimpiya Komitəsinin Prezidenti kimi seçilməsindən sonra başlanmış düşünülmüş və uzaq görən siyasətin nəticəsidir. Sonrakı illər ərzində Azərbaycanda idman və mədəniyyət sahəsində ciddi nailiyyətlər əldə edilmiş, bu sahənin inkişafına diqqət yönəlmişdir ki, ölkə nəinki öz iqtisadi inkişafı, o cümlədən strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutmuşdur. Beləliklə, məntiqi olaraq, Azərbaycan həm idman uğuru, həm dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə, dünyanın idman mərkəzlərindən birini çevrilmişdir. Burada 2012-ci ildə keçirilmiş Avropa Ağır Atletika Ustaları Çempionatı, 57-ci İllik Avroviziya Mahnı Müsabiqəsi və FİFA-nın 17 yaş Qızlar arasında Dünya Kuboku kimi mühüm silsilə tədbirləri qeyd etmək olar. 2013-cü ildə, ölkə həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və F2 Bakı Qran Pri tədbirlərini qəbul etmişdir. Gələn illərdə Azərbaycan bir sıra yüksək səviyyəli çempionat və yarışları, o cümlədən 2015-ci il üzrə Dünya Kuboku, Beynəlxalq Şahmat Olimpiadası 2016 və MMBA Dünya İdman Mətbuatı Assosiasiyasının 2014-cü ildə Qurultayını keçirməyi planlaşdırır. Bununla belə, ən vacib fakt ondan ibarətdir ki, Bakıya ilk Avropa Oyunlarını 2015 keçirmək hüququ verilmişdir. Şəhər yenidən olaraq IV İslam Həmrəyliyi Oyunlarını 2017 qəbul etmək üçün namizədliyini irəli sürüb. Biz tam sadiqik və inanırıq ki, Azərbaycana bu cür yüksək səviyyəli tədbiri keçirmək hüququ veriləcəkdir.Bütün bunlar ilk Avropa Oyunlarını ən yüksək təşkilati səviyyədə keçirmək üçün güclü zəmin yaradır. Buna görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Bakıda ilk Avropa Oyunlarını 2015 lazımi səviyyədə keçirmək məqsədilə Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO-nun Xoşməramlı səfiri, Birinci Xanım Mehriban Əliyevanın sədrliyi ilə iyun-iyul 2015-ci il tarixlərində Bakıda ilk Avropa Oyunlarını keçirmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalamışdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !