"Dəmiryol"dakı yoxlamalarla bağlı rəsmi açıqlama

12:55 | 09.07.2014
"Dəmiryol"dakı yoxlamalarla bağlı rəsmi açıqlama

"Dəmiryol"dakı yoxlamalarla bağlı rəsmi açıqlama

Hesablama Palatasının “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparması barədə yayılan məlumat doğrudur.

Bu barədə “Qafqazinfo” ya açıqlama verən Hesablama Palatasının Mətbuat Xidmətinin rəhbəri Nailə Qazıyeva bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar barədə ictimaiyyətə məlumat veriləcək: “Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır. İyun ayının 12-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM