"Gilan"dan pulla dolu seyf aparıldı - Bakıda

15:31 | 23.07.2014
"Gilan"dan pulla dolu seyf aparıldı - Bakıda

"Gilan"dan pulla dolu seyf aparıldı - Bakıda

“Gilan Aqro” MMC-yə basqın edənlərdən biri tutulubBakıda “Gilan Aqro” MMC-yə basqın edən maskalı şəxslərdən biri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb.Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar.Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub.Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Faktla bağlı araşdırma aparılır. ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM