"İdeyanı layihəyə çevir"

17:09 | 18.07.2014
"İdeyanı layihəyə çevir"

"İdeyanı layihəyə çevir"

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu”nun maliyyə dəstəyi ilə Hüseynzadə Hüseynin V qrant müsabiqəsi çərçivəsində qalib olduğu “İdeyanı layihəyə çevir” adlı layihə həyata keçirilir.

 Layihə çərçivəsində Samux və Gəncə şəhərində yaşayan gənclərin, ali məktəbi yeni bitirmiş məzunların və dövlət müəssisələrində çalışan gənclər üçün layihə yazılmaq qaydaları praktik şəkildə izah etmək, onların necə idarə olunması, hesabatların düzgün tərtib olunması qaydaları izah edilərək onların öz innovativ idealarını həyata keçirmələrinə dəstək göstərmək məqsədi ilə seminarlar nəzərdə tutulmuşdur. Layihənin məqsədi regionda yaşayan gəncləri aktiv əmək fəaliyyətinə cəlb etmək, öz innovativ idealarını həyata keçirmək üçün təkan verməkdir.İlk seminar 17 iyul 2014-cü il tarixində Samux şəhərində keçirilmişdir. Növbəti məşğələ-seminar 18 iyul tarixində Gəncə şəhərində keçirilmişdir.

Seminarlarda ümümilikde 50 nəfər gənc iştirak etmiş və layihələrin yazılması, idarə olunması, onların düzgün hesabatlarının verilməsi üçün vacib olan amillər diqqətə çatdırılmışdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM