"İşğal altında olan abidələrimizi qoruyaq!!!"

19:34 | 18.07.2014
"İşğal altında olan abidələrimizi qoruyaq!!!"

"İşğal altında olan abidələrimizi qoruyaq!!!"

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi  IV (dördüncü) qrant müsabiqəsi çərçivəsində maliyyələşən lahiyyələrdən biri də Gündüz Qasımovun layihə rəhbəri olduğu"İşğal altinda olan abidələrimizi qoruyaq!!!" adlı layihədir. 
Layihə çərçivəsində görülən işlər barədə ANN.Az-a məlumat verən Gündüz Qasımov bildirir ki, Erməni işğalı nəticəsində məhv olma təhlükəsilə üzləşən Azərbaycanın tarix və mədəniyyət abidələri haqqında dünya içtimayyətinə məlumat vermək üçün ilk öncə tarix və mədəniyyət abidələrimiz haqqındakı faktlar və fotolardan ibarət  məlumat bankı yaradıldı. Həmin məlumat bankının əsasında  Azərbaycan və ingilis dilində kitab nəşr edildi. Eyni zamanda  “facebook” sosial şəbəkəsində "İşğal altinda olan abidələrimizi qoruyaq!!!" adlı səhifə yaradıldı. Səhifə bu günə qədər 850 nəfər insan tərəfindən bəyənilib. Məlumat bankının elektron versiyası isə www.az.wikipedia.org saytında yerləşdiriləcək. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM