"Microsoft" “Windows 8” sisteminin satışını dayandırıb

19:24 | 04.11.2014
"Microsoft" “Windows 8” sisteminin satışını dayandırıb

"Microsoft" “Windows 8” sisteminin satışını dayandırıb

"Microsoft" korporasiyası “Windows 8” sisteminin satışını dayandırıb

Bakı. 4 noyabr. REPORT.AZ / “Microsoft” korporasiyası pərakəndə satış nöqtələri və “Windows 8” əməliyyat sistemi ilə işləyən qurğu istehsalçılarına sözügedən əməliyyat sisteminin tədarükünü dayandırıb. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, əməliyyat sisteminin tədarükünün dayandırılması ilə onun buraxılması müddəti arasından iki il vaxt keçib. Ekspertlər hesab edirlər ki, “Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin satışını daha tez dayandırıb. Məsələn, “Windows XP” platformasının rəsmi relizi ilə pərakəndə satış nöqtələrinə satışının dayandırılması arasında 7,5 il vaxt keçib. “Windows Vista”da bu göstərici 3,5 il, “Windows 7”-də isə 4 il təşkil edib. Səbəb olaraq isə, hazırda “Windows” qurğu sahiblərinin təxminən 53%-nin “Windows 7” platformasının müxtəlif versiyalarından istifadə etməsi, 17,2%-nin “Windows XP” sistemində işləməsi ilə bağlıdır. “Windows 8” və “Windows 8.1” platformalarının isə birgə cəmi 16,8% istifadəçisi var.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti