"Papanin"də də söküntü xəbərdarlığı oldu - VİDEO

18:06 | 11.02.2014
"Papanin"də də söküntü xəbərdarlığı oldu - VİDEO

"Papanin"də də söküntü xəbərdarlığı oldu - VİDEO

Papanin kimi tanan ərazidə yaşayanlara da söküntü ilə bağlı xəbərdarlıq olub. Papanin kimi tanıdığı əraziyə çatar-çatmaz ərazidə aparılan söküntü burada müəyyən işlərin görüldüyündən xəbər verirdi. Söküntülərə hələ ötən ilin sonlarından başlanılıb. Sakinlərə də məlumat verilib ki, ərazidə Bakı metropalitenin stansiyalarından biri inşa olunur. Bundan sonra dalanlara xüsusi bildirişlərdə asılaraq xəbəri olmayanları söküntüdən hale ediblər. İlk əvvəldə məlumat veriblər ki, söküntü zamanı hər kəsə lazımi qədər konpensasiya ödəniləcək. Yəni heç kim narahat olmasın. Amma söküntü başlanandan sonra Papanin sakinləri öyrəniblər ki, onlara ödəniləcək məbləğ 700-900 manat arası olacaq. Elə bu xəbərdən sonra narazılıqlar başlanıb. Müsahiblərim onlara aid olan ərazinin hər kvadrat metrinə görə ən azı 1500 manat ödənilməsini istəyirlər. hələlik sakinlərlə danışıq bir nəticə vermədiyindən buradakı söküntü işləri də müvəqqəti olaraq dayandırılıb. Bizimlə söhbətlərində vətəndaşlar razı qalmasalar evlərindən çıxmayacaqlarını bildirdilər. Üstəlik qeyri yaşayış sahələrinin də qiymətləndirilmə zamanı nəzərə alınmaması narazılığı daha da artırıb. Bütün söküntü təmir işləri isə Bakının yeni baş planına əsasən aparılır. Və Sovetskinin sökütnüsündən sonra Papanin, Xutor və Kubinka kimi ərazilərdəki evlərin də sökülməsi planlaşdırılır.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM