"Putinin planları dağıldıqda Azərbaycan da zərər çəkəcək"

17:14 | 10.10.2014
"Putinin planları dağıldıqda Azərbaycan da zərər çəkəcək"

"Putinin planları dağıldıqda Azərbaycan da zərər çəkəcək"

Avrasiya İttifaqı süquta uğrayacaq, zamanla bu, Rusiyanın özündə mərkəzdənqaçma qüvvələrini işə salacaq və Qafqazın quruluşunu əsaslı şəkildə dəyişəcək, amerikalı analitik Fred Starr belə düşünür.Qərb artıq etiraf etməlidir ki, Putinin layihəsinin hər bir aspekti regionda problemlər yaradır və sabitliyi pozur.Oxu.Az Russian RT-yə istinadən xəbər verir ki, bu barədə Starr Voice of Amerika-ya müsahibəsində bildirib.“Mən əminəm ki, Mister Putin Avrasiya İttifaqının təkcə iqtisadi deyil, həm də siyasi – hərbi, informasiya və mədəni baxımdan birləşmiş güclü quruma çevrildiyi barədə yuxular görür. Lakin bu baş verməyəcək! Bu layihə süquta uğrayacaq.Biz onun qaçılmaz süqutunun baş verməsinədək bir çox zərər yetirə biləcəyindən ehtiyat edirik. Və biz artıq bu zərərin nümunələrini görürük! Biz bu zərərləri 2008-ci ildə Gürcüstanda görürdük, Qırğızıstanda görürdük və indi Ukraynada görürük.Bir daha deyirəm, bu layihə süquta uğrayacaq, bu qaçılmazdır. Lakin bu süqut prosesində bir çoxları – xüsusilə də, Gürcüstan, Azərbaycan, Qafqaz, eləcə də Ermənistan zərər çəkəcəklər. Və bu şərait bizdə narahatlıq doğurur.Mister Putinin yaratmağa çalışdığı təkcə iqtisadi layihə deyil. Son nəticədə bu, bütün regionda sabitliyi pozacaq. Putin Qazaxıstana təzyiq edir, Moldovaya, digər qonşulara təzyiq göstərir. Nəticədə sabitlik pozulur. Mən ehtiyat edirəm ki, Putin stabillik haqqında şəxsi mülahizələrindən çıxış edərək, Rusiya ilə həmsərhəd bütün ölkələrdə sabitliyi pozur.Lakin bu prosesdə daha dərin ölmə də var. Bu arzunun yekun süqutu Rusiyanın özünü də təhdid edir. Və bu arzuya çatmaq yolunda bütün qurban və zərərdən sonra ən ehtimal olunan nəticələrdən biri – bütün bunlar Rusiyanın özündə mərkəzdənqaçma qüvvələrini işə salacaq. Putinin yaratdığı mərkəzdənqaçma qüvvələri yekunda Qafqazın konfiqurasiyasını əsaslı şəkildə dəyişəcəklər.Gördüyünüz kimi, bu layihənin istənilən aspekti problemlər yaradır. Və Qərb daha özünü aldatmamalı, bunu etiraf etməlidir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb