"Qalatasaray" Mustafa Dənizli ilə razılığa gəldi

11:22 | 03.07.2014
"Qalatasaray" Mustafa Dənizli ilə razılığa gəldi

"Qalatasaray" Mustafa Dənizli ilə razılığa gəldi

"Qalatasaray"ın yeni baş məşqçisinin kimliyi rəsmən müəyyənləşmək üzrədir.

Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, İstanbul klubunu böyük ehtimalla yeni mövsümdən "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli çalışdıracaq.

Artıq klub rəhbərliyinin türkiyəli mütəxəssislə razılığa gəldiyi bildirilir. "Qalatasaray"ın yaxın günlərdə bu transferi rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, M.Dənizli 1987-1989 və 1990-1992-ci illərdə "Qalatasaray"ı çalışdırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb