"Selfi" çəkdirmək psixiki pozğunluqdur - Psixiatrlar açıqladı

11:06 | 01.07.2014
"Selfi" çəkdirmək psixiki pozğunluqdur - Psixiatrlar açıqladı

"Selfi" çəkdirmək psixiki pozğunluqdur - Psixiatrlar açıqladı

Alimlər nasazlığın üç səviyyəsi təyin edib
ABŞ psixiatrik assosiasiyasının alimləri "selfi"yə meyl etməni rəsmən psixiki pozğunluq kimi tanıyıb. 
ANS PRESS-in məlumatına görə, Çikaqoda keçirilən tədbirdə assosiasiya "selfi" adlı yeni xəstəliyin təsnifatını təqdim edib. Psixiatrlarının fikrincə "selfi" daim özünün şəklini çəkmək və sosial şəbəkələrə şəkilləri çıxartmaq arzusuyla səciyyələnən nasazlıqdır.
Alimlər nasazlığın üç səviyyəsi təyin edib:
Birinci — epizodik: insan özünün gündə ən azı üç dəfə şəklini çəkir, amma bu halda sosial şəbəkələrə çıxartmır. 
İkinci — kəskin: insan özünün gündə ən azı üç dəfə şəklini çəkir və sosial şəbəkələrdə "selfi"ni yerləşdirir. 
Üçüncü — xroniki: insan gecə-gündüz qarşısı alınmaz dərəcədə özünün şəklini çəkir və gündə ən azı altı dəfə internetində şəkilləri yerləşdirir.
Psixiatrlar qeyd edirlər ki, hal-hazırda "selfi"nin müalicəsi mövcud deyil. Ancaq Global Trend News portalının istifadəçilərindən biri, bu xəbəri şərh edərək, problemə öz qərarını təklif edib: sadəcə mobil telefonu məhv etmək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM